...

Nazim İbrahimov: Azərbaycanın inkişafı diasporun həyatına da sirayət edib

Cəmiyyət Materials 12 Mart 2012 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir M.Əliyeva/

Azərbaycanın inkişafı ölkə həyatının bütün sahələrində özünü göstərir, həmçinin bu, dünyadakı Azərbaycan diasporunun həyatına da sirayət edib. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Diasporun sürətlə inkişaf etdiyini deyən komitə sədri bildirib ki, Azərbaycan diasporunun əsas hissəsi gənclər olduğu üçün onların təşkilatlanmasına böyük ehtiyac var.

"Son dövrlərdə gənclər sahəsində görülən işlər, bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın göstərdiyi fəaliyyət və bütün istiqamətlərdə bu fəaliyyətlər gənclərin daha da təşkilatlanmasına yönəlir. Dünya azərbaycanlı gənclərin birliyinin yaradılması, gənclərin fəaliyyətinin vahid mərkəzdən koordinasiya edilməsi barədə fikir çoxdan formalaşmışdı. Bü gün də bunun məntiqi yekunu olaraq Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir", - o deyib.

İbrahimov qurultayın yüksək səviyyədə keçəcəyini, Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılacağını və bundan sonra gənclərin diaspor fəaliyyətində iştirakının daha da güclənəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti