Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/
Təəssüflər olsun ki, cəmiyyətdə qadınlara qarşı yanlış streotiplər hələ də var. Trend-in məlumata görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
"Belə fikirləşirlər ki, qadın gərək inkişaf etməsin, qadın gərək ev xanımı olsun. Biz demirik ki, qadın öz ailəsinə diqqətlə yanaşmasın. Biz istəyirik ki, hər bir qadın öz sahəsində peşəkar olsun, müasir qadın kimi irəli getsin. Bu sahədə maarifləndirməyə ehtiyac var. Belə maarifləndirmə
kampaniyalarını rayonlarda da aparacağıq. Belə kampaniyalar öz müsbət nəticəsini göstərir. Parlament və bələdiyyə seçkiləri ərəfəsində belə kampaniyaların aparılması nəticəsində qadınların parlament və bələdiyyələrdə sayı artdı", - Hüseynova bildirib.
Hicran Hüseynova: Təəssüf ki, cəmiyyətdə qadınlara qarşı yanlış streotiplər hələ də var
Təəssüflər olsun ki, cəmiyyətdə qadınlara qarşı yanlış streotiplər hələ də var.
