...

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Cəmiyyət Materials 16 Mart 2012 09:42 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cümə axşamı imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb.
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cümə axşamı imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb.

Trend-in məlumatına görə, KIV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu gün PX-nin cəzaçəkmə müəssisələrində əfv edilən məhbusların buraxılmasına başlanılıb.

Prezident İlham Əliyevin Novruz bayramı ilə əlaqədar imzaladığı əfv sərəncamı ümumilikdə 62 nəfərə şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.

Əfv olunanlar arasında əcnəbi vətəndaşlar və qadınlar da var.

Əfv olunanların sırasında Ruslan Bəşirov və Elnur İsrəfilov da var. Bəşirov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 2006-cı il 12 iyul tarixli hökmü ilə 7 il müddətinə məhkum edilib. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə ittiham edilib. İsrəfilov isə Səbail Rayon Məhkəməsinin 2011-ci il 25 avqust tarixli hökmü ilə Cinayət Məcəlləsinin 186.1, 233, 663-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti