...

IDEA kampaniyası "Eart Hour Azerbaijan" ilə birgə "Yer Saatı" aksiyası keçirəcək

Cəmiyyət Materials 29 Mart 2012 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend/

IDEA kampaniyası "Eart Hour Azerbaijan" ilə birgə "Yer Saatı" aksiyası keçirəcək.

IDEA-dan Trend-ə verilən məlumata görə, məlumdur ki, qloballaşan dünyada iqtisadiyyatın və elmi-texnologiyanın inkişafı ilə əlaqədar atmosferə atılan istilik effekti yaradan qazların həcmi artmaqdadır. Bu proseslərin təsiri nəticəsində planetimizdə iqlim dəyişikliyi kimi qlobal problem mövcuddur ki, bu da bir sıra digər ekoloji problemlərin yaranmasına səbəb olur.

Qeyd edək ki, Yer saatı Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2009-cu ildə başlanılan və diqqətin iqlim dəyişilkiyi, ətraf-mühitin qorunmasına yönələn kampaniyadır. Hər ilin mart ayının son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edərək simvolik olaraq elektrik enerjisindən istifadəni bir saat müddətində dayandırırlar. Həmçinin, aksiyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması "Yer saatı" müddətində dayandırılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (International Dialogue for Environmental Action) kampaniyasının əsas fəaliyyət istiqamətlərindən biri iqlim dəyişikliyi problemi olduğu üçün, iqlim dəyişikliyi ilə mübarizə naminə keçirilən istənilən həm yerli, həm də xarici aksiyalara kampaniya hər zaman öz dəstəyini göstərməkdədir.

Bununla əlaqədar olaraq IDEA kampaniyası - "Earth Hour Azərbaycan"ın əməkdaşlığı ilə Azərbaycanda bu il "Yer saatı" aksiyası birgə olaraq tək Bakı şəhərində deyil, Gəncə, Lənkəran, Lahıc, Qız Qalası və s. nəzərəçarpan və yüksək elektrik enerjisi istehlak edən binalarda həyata keçiriləcək. Aksiya barədə ətraflı məlumatı www.ideacampaign.org və www.earthhour.az saytından əldə etmək mümkündür.

Xatırladaq ki, 2011-ci il 26 mart tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda Bakı şəhərinin simvolu olan Qız Qalasının işıqlarının söndürülməsi ilə Azərbaycan da qlobal kampaniyaya dəstək verən 120 ölkə sırasına daxil olub.

Xəbər lenti

Xəbər lenti