...

Azərbaycanda sürücülərin cərimə balı artırılır, cəriməni vaxtında ödəməyənlərin cəzası isə sərtləşdirilir

Cəmiyyət Materials 3 Aprel 2012 11:15 (UTC +04:00)
Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə cərməni vaxtında ödəməyən sürücülərə qarşı cəzalar sərtləşdiriləcək.
Azərbaycanda sürücülərin cərimə balı artırılır, cəriməni vaxtında ödəməyənlərin cəzası isə sərtləşdirilir

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə cərməni vaxtında ödəməyən sürücülərə qarşı cəzalar sərtləşdiriləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimənin ödənilməsi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilmədikdə həmin şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, bu halda nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.

Məcəlləyə təklif olunan dəyişiklikdə qeyd olunur ki, inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Məcəlləyə edilmiş digər bir dəyişiklikdə isə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı cərimə ballarının 10 baldan 12 bala qədər artırılması təklif olunur.

Belə ki, İXM-nin 151.2-ci, 151.3-cü, 151,3-1-ci, 151-1.2-ci, 151-1.3-cü ,152-1.1-ci, 152-1.2-ci, 155.3-cü, 156-cı və 158-1 3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 12 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti