...

Niderland Kraliçası "Floriade 2012" sərgisində Azərbaycan pavilyonunu ziyarət edib

Cəmiyyət Materials 4 Aprel 2012 20:27 (UTC +04:00)
2012-ci il aprelin 4-də Niderland Krallığının Venlo şəhərində "Floriade 2012" Beynəlxalq sərgisinin rəsmi açılış mərasimi olub.
Niderland Kraliçası "Floriade 2012" sərgisində Azərbaycan pavilyonunu ziyarət edib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

2012-ci il aprelin 4-də Niderland Krallığının Venlo şəhərində "Floriade 2012" Beynəlxalq sərgisinin rəsmi açılış mərasimi olub. Bu sərgidə 50-yə yaxın ölkə və onlarla beynəlxalq təşkilat iştirak edir. Azərbaycan Respublikası da "Floriade 2012" sərgisində təmsil olunan ölkələr sırasındadır.

Sərgi şəhərciyinin mərkəzi küçəsində Azərbaycan Respublikasına 700 kvadratmetrdən artıq sahə ayrılıb və bu sahədə Ticarət və Sənaye Palatası tərəfindən öz füsunkarlığı ilə seçilən son dərəcə gözəl bir pavilyon qurulub. Niderland Krallığında "Floriade" sərgisi on ildən bir keçirilir və Azərbaycan Respublikası ilk dəfə olaraq müstəqil pavilionla bu sərgidə təmsil olunur.

Sərgidə dünyanın 37 ölkələrin pavilyonları təqdim olunub. Təntənəli açılış mərasimindən sonra Niderland Kraliçası Beatriks və onu müşayiət edən çoxsaylı rəsmi şəxslər Azərbaycan, Almaniya və Yaponiyanın pavilyonlarını ziyarət ediblər.

Azərbaycan pavilyonu özünəməxsusluğu və son dərəcə milli kaloriti ilə seçilirdi. Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Kraliça Beatriksi Azərbaycan pavilyonunun önündə qarşılayaraq salamlayıb və ekspozisiya zalında Kraliça Azərbaycanın tarixi keçmişi, bu günu və perspektiv inkişafı ilə bağlı filmlə tanış olub. Ziyarətin sonunda Kraliça öz yüksək fikir və təəssüratını bildirib.

"Floriade 2012" sərgisi 6 ay davam edəcək və sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Günü keçiriləcək.

Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İskəndərov, Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov və digər rəsmi şəxslər Kraliçanın pavilyona ziyarəti zamanı mərasimdə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti