...

"Sony" 10 min işçisini ixtisara salır

Cəmiyyət Materials 9 Aprel 2012 18:20 (UTC +04:00)
Elektron məhsulların nəhəng istehsalçısı olan Yaponiyanın "Sony" şirkəti qlobal miqyasda 10 min işçisini işdən çıxaracağını bəyan edib.
"Sony" 10 min işçisini ixtisara salır

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Elektron məhsulların nəhəng istehsalçısı olan Yaponiyanın "Sony" şirkəti qlobal miqyasda 10 min işçisini işdən çıxaracağını bəyan edib. Bu barədə Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

İşdən çıxarılacak şəxslərin sayı daha əvvəl açıqlanan rəqəmin yarısı qədərdir. Ancaq şirkət bundan əvvəl həm əməliyyat, həm də istehsal bölməsində yenidən strukturlaşmaya gedəcəyini açıqlamışdı. Bununla da "Sony" qlobal miqyasda işçi qüvvəsinin 6/100-nı işdən çıxarmış olacaq.

Şirkətdə həyata keçiriləcək yenidən strukturlaşma ilə əlaqədar onun yeddi baş menecerinə bonusların verilməsindən imtina olunacaq.

"Nikkei" birjasından sızan informasiyada ixtisarlardan sonra bu şirkətdə nə qədər işçinin çalışacağı barədə şirkət rəhbərliyinin açıqlama verməkdən imtina etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti