...

Sabah Bakıda havanın temperaturu bir qədər də enəcək

Cəmiyyət Materials 13 Aprel 2012 12:33 (UTC +04:00)
Sabah Bakıda havanın temperaturu bir qədər enəcək.
Sabah Bakıda havanın temperaturu bir qədər də enəcək

Azərbaycan, Bakı, 13 aprel / Trend müxbir İ.İsabalayeva/

Sabah Bakıda havanın temperaturu bir qədər enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 14-də hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 14-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Aprelin 14-ü gündüzdən yağış tədricən kəsiləcək, sonrakı günlərdə əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Xəbər lenti

Xəbər lenti