Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Cəfər Rauf Yusif oğlunun cinayət əməlləri ifşa olunub.
Trend-in məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilir ki, araşdırmalarla müəyyən edilib ki, Rauf Cəfər 2011-ci ilin aprel-may aylarında yaxın tanışı Adil Kərimovun (ad və soyad şərtidir) Qaradağ rayonunda yerləşən evinə gedib-gələrkən onun nəvəsi, 2004-cü il təvəllüdlü Sevinc Kərimovanın (ad və soyad şərtidir) evdə tək olmasından və köməksiz vəziyyətindən istifadə edərək dəfələrlə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.
Rauf Cəfər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxs həbs edilib
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Cəfər Rauf Yusif oğlunun cinayət əməlləri ifşa olunub.
