...

Bolqarıstanın "Eurovision" təmsilçisi Türkiyədə səfərdədir

Cəmiyyət Materials 19 Aprel 2012 15:37 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsində Bolqarıstanı təmsil edəcək Sofi Marinova Avropa turnesi çərçivəsində Türkiyəyə səfər edib.
Bolqarıstanın "Eurovision" təmsilçisi Türkiyədə səfərdədir

Azərbaycan, Bakı, 19 aprel /Trend/

"Eurovision 2012" mahnı müsabiqəsində Bolqarıstanı təmsil edəcək Sofi Marinova Avropa turnesi çərçivəsində Türkiyəyə səfər edib.

Trend Eurovision.az saytına istinadən xəbər verir ki, Marinova aprelin 18-dən 20-nə kimi Türkiyədə olacaq. Sofi səfər zamanı daha çox yerli media ilə görüşlərə vaxt ayıracaq, müsahibələr verəcək və fanatları ilə görüşəcək. O, Türkiyənin "Beyaz Show", "Bu Ülke", "Aidan İnsanlar" kimi məşhur verilişlərinə qatılacaq.

Qeyd edək ki, "Beyaz Show"nun aparıcısı Beyaz Öztürk bolqar əsillidir.

Sofi Türkiyəyə səfərini başa vurduqdan sonra Amsterdama gedəcək və orada "Eurovision İn Concert"də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti