...

Əcnəbi tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini sınayacaqlar

Cəmiyyət Materials 21 Aprel 2012 11:15 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, 12 ali təhsil müəssisəsindən 48 tələbənin iştirak edəcəyi “Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika intellektual olimpiada” aprelin 23-də keçiriləcək
Əcnəbi tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini sınayacaqlar

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Əcnəbi tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini sınayacaqlar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, 12 ali təhsil müəssisəsindən 48 tələbənin iştirak edəcəyi "Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika intellektual olimpiada" aprelin 23-də keçiriləcək.

Olimpiadanın özəlliyi mübarizəyə Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələrin qatılmasıdır. Olimpiadada Türkiyə, Moldova, İran, Koreya və digər ölkələrdən olan əcnəbi gənclər qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Tədbirin keçirilməsində əsas məqsəd-respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.

Yarışmada BDU, Neft Aademiyası, Bakı Musiqi Akademiyası, İqtisad Universiteti, Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Tibb Universiteti və digər ali təhsil ocaqlarının tələbələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti