...

Aynur Sofiyeva: Küçə uşaqlarının 70-80 faizi Bakıda məskunlaşıb

Cəmiyyət Materials 25 Aprel 2012 13:30 (UTC +04:00)
Azərbaycanda təxminən 1000-ə yaxın küçə uşağı var. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədrinin müavini Aynur Sofiyeva deyib.
Aynur Sofiyeva: Küçə uşaqlarının 70-80 faizi Bakıda məskunlaşıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda təxminən 1000-ə yaxın küçə uşağı var. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədrinin müavini Aynur Sofiyeva deyib. Onun sözlərinə görə, küçə uşaqlarının 70-80 faizi Bakıda məskunlaşıb.

"Çünki Bakı şəhərində onlar üçün daha "münbit" şərait var. Ona görə də uşaqlar burada çəmləniblər", - komitənin sədr müavini əlavə edib.

O deyib ki, əgər hər hansı valideynin uşağı küçədədirsə, tədrisdən yayınıbsa, baxımsız qalıbsa, deməli, bu uşaq valideyn məsuliyyətindən kənarda qalıb və valideyn də buna görə məsuliyyət daşıyır. Valideyn məsuliyyətinin artırılması üçün isə Cinayət Məcəlləsi və ya İnzibati Xətalar Məcəlləsində hər hansı dəyişiklik etmək olar.

"Hələ bu istiqamətdə danışmaq tezdir. Çünki təkliflərimiz tam olaraq formalaşmayıb. Yəqin ki, bununla bağlı müvafiq qurumlar, QHT-lər tərəfindən təkliflər daxil olacaq. Bunlar da çəmləşdirildikdən sonra təkliflər hökumətə təqdim ediləcək", - Sofiyeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti