Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanın tibb müəssisələrində dini ayinlərin icrası üçün şəraitin yaradılması məcburiləşdirilir.
Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında "Pasiyentin hüquqları haqqında" qanun layihəsi müzakirə olunub. Qanun pasiyentin hüquqlarının təminatı və qorunmasının, pasiyentin sağlamlığına vurulmuş ziyanın müəyyən edilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Layihəyə əsasən, tibb müəssisəsində dini ayinlərin icrası üçün şərait yaradılmalı, o cümlədən xüsusi ayrılmış yerlər olmalıdır. Pasiyent daxili intizam qaydalarını pozmamaqla xüsusi ayrılmış yerlərdə dini ayinləri icra edə və din xadimini dəvət edə bilər.
Din xadiminin tibb müəssisəsinə gəlməsi istənilən gündüz saatlarında, həmin otaqda olan bütün pasiyentlərin razılığı ilə yalnız pasiyentin və ya onun nümayəndəsinin dəvəti ilə həyata keçirilir.
Pasiyentin ölüm təhlükəsi olduğu hallarda din xadiminin gecə vaxtı gəlməsinə icazə verilir.
Azərbaycanın tibb müəssisələrində dini ayinlərin icrası üçün şəraitin yaradılması məcburiləşdirilir
Azərbaycanın tibb müəssisələrində dini ayinlərin icrası üçün şəraitin yaradılması məcburiləşdirilir.
