...

Azərbaycanda heyvan dişləmələrinin statistikası açıqlandı: quduzluqdan 3 nəfər ölüb

Cəmiyyət Materials 26 Aprel 2012 13:26 (UTC +04:00)
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 957 nəfəri heyvan dişləyib.
Azərbaycanda heyvan dişləmələrinin statistikası açıqlandı: quduzluqdan 3 nəfər ölüb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 1982 nəfəri heyvan dişləyib.

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasından cümə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında qeydə alının 957 heyvan dişləmələrinin 95 faizini it dişləmələri təşkil edir. Bu il ən çox heyvan dişləməsi Şəmkir və Gəncədə qeydə alınıb.

Bu ilin ilk 3 ayında Şəmkirdə 120, Gəncədə 106 heyvan dişləməsi baş verib.

Hesabat müddətində Qazaxda 87, İsmayıllıda 46, Xaçmazda 44, Ağstafada 40, Mingəçevirdə 34 nəfəri heyvan dişləyib.

Bu il 3 nəfər it dişləməsi nəticəsində yaranan quduzluq xəstəliyindən dünyasını dəyişib. Bu hadisələrin 1-i Cəlilabadda, 1-i Saatlıda, 1-i isə Beyləqanda baş verib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu ilin ilk üç ayı ərzində Bakıda 1025 nəfər müxtəlif heyvanlar tərəfindən dişləmələrə məruz qalıb.

Bu ilin yanvar ayı ərzində Bakıda 327 heyvan dişləməsi qeydə alınıb. Dişləmələrin 249-u itlər tərəfindən edilib. Onların 180-i məlum, 69-u naməlum itlər tərəfindən törədilib. Yanvarda dişləmələrin 35-i siçovullar, 35-i pişiklər, 8-i digər heyvanlar tərəfindən baş verib.

Fevralda 317 nəfər dişləməyə məruz qalıb ki, onların 267-si itlər (199-u məlum, 68-i naməlum itlər) tərəfindən edilib. Dişləmələrin 26-ı siçovullar, 23-ü pişiklər, 1-i digər heyvanlar tərəfindən törədilib.

Martda Bakıda 381 nəfəri heyvanlar dişləyib. Onların 322-si itlər (319-u məlum, 3-ü naməlum), 33-ü pişiklər tərəfindən baş verib. Qalan dişləmələr isə digər heyvanlar tərəfindən qeydə alınıb.

Heyvan dişləmələrinə məruz qalan şəxslər müalicə ediliblər.

İt dişləmələri Bakının Xəzər, Binəqədi və Suraxanı rayonlarında daha çox baş verir.

Bu il ərzində Bakıda it dişləməsi nəticəsində quduzluq xəstəliyinə yoluxan olmayıb.

Xəbər lenti

Xəbər lenti