...

Novruz Aslanov İsmayıllının Buynuz kəndinin sakinləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2012 09:49 (UTC +04:00)
Aprelin 26-da millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib.
Novruz Aslanov İsmayıllının Buynuz kəndinin sakinləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Aprelin 26-da millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Bu dəfəki səfərin məqsədi İsmayıllı rayonunun Buynuz kəndində rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və yerli strukturların rəhbərləri ilə birgə sakinlərin qəbulunun keçirilməsi olub. Qəbul kənd orta məktəbində baş tutub.

Sakinlər tərəfindən qaldırılan məsələlər əsasən kəndin su xətlərinin və işıq dirəklərinin yenilənməsi, kənddə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün klub binasının tikintisi, kəndin kənarından keçən Göyçay çayında bəndbərkitmə işlərinin aparılması barədə olub.

Kənd sakinlərinin suallarını da cavablandıran Novruz Aslanov içməli su, enerji və digər məsələlərlə bağlı əlaqədar strukturlara müvafiq müraciətələrin ediləcəyini və ümumiyyətlə, rayon ərazisində belə məsələlərin müvafiq dövlət proqramları çərçivəsində həll ediləcəyini bildirib.

Məlumat üçün bildirək ki, Novruz Aslanovla rayon İcra Hakimiyyəti başçısı və onun aparatı ilə birgə səyyar görüşlərin bundan sonra da digər kəndlərdə keçirilməsi gündəmdədir və bu davamlı şəkildə bütün kəndləri əhatə edəcəkdir.

Xəbər lenti

Xəbər lenti