...

Azərbaycan ali təhsillə bağlı beynəlxalq konqresdə iştirak edəcək

Cəmiyyət Materials 30 Aprel 2012 12:55 (UTC +04:00)
Azərbaycan Turizm İnstitutu Türkiyənin İstanbul şəhərində "Ali təhsildə meyillər: innovasiya və təşəbbüskarlıq" mövzusunda keçiriləcək II Beynəlxalq Konqresdə iştirak edəcək.
Azərbaycan ali təhsillə bağlı beynəlxalq konqresdə iştirak edəcək

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutu Türkiyənin İstanbul şəhərində "Ali təhsildə meyillər: innovasiya və təşəbbüskarlıq" mövzusunda keçiriləcək II Beynəlxalq Konqresdə iştirak edəcək.

İnstitutun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, konqres mayın 4-5-də keçiriləcək. Tədbirə Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç və Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov dəvətlidirlər.

ATİ-nin rektoru Cəfərov 2009-cu ildə Türkiyənin Fatih və İstanbul universitetlərinin birgə təşkilatçılığı ilə keçirilmiş I Beynəlxalq Ali Təhsil Konqresinin də iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti