Azərbaycan, Bakı, 1 may / Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda "İnsan alverinə qarşı mübarizə həftəsi" başlayıb.
Trend-in məlumatına görə, yerli QHT-lərin təşəbbüsü və Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi "İnsan alverinə qarşı mübarizə həftəsi", mayın 6-sı "İnsan alverinə qarşı mübarizə günü" kimi qeyd edilir.
Mübarizənin başlaması məqsədilə bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mübarizə həftəsinin aşlışına həsr olunmuş tədbir keçiriləcək.
Tədbirdə eyni zamanda yazıçı İlqar Fəhminin ssenarisi üzrə hazırlanmış insan alverinin ağır nəticələrindən bəhs edən "İşığa doğru" tamaşanın təqdimatı keçiriləcək.
Tədbirdə Azərbaycan hökumətinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların, KİV və yerli QHT-lərin nümayəndələri iştirak edəcək.
Azərbaycanda “İnsan alverinə qarşı mübarizə həftəsi” başlayıb
Yerli QHT-lərin təşəbbüsü və Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan alverinə qarşı mübarizə günü” kimi qeyd edilir.
