...

Azərbaycanda 11 hotelin fəaliyyəti lisenziyalaşdırılıb

Cəmiyyət Materials 4 May 2012 17:26 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi aprel ayı ərzində 11 mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.
Azərbaycanda 11 hotelin fəaliyyəti lisenziyalaşdırılıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi aprel ayı ərzində 11 mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.

Trend cümə günü nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, həmin obyektlər ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir.

Fiziki şəxs Qaratov Qarat Əbil oğluna Qusar şəhəri, L.Neymət küçəsində yerləşən "Ümid" istirahət mərkəzi, "Sapphire" MMC-yə Bakıdakı "Sapphire" mehmanxanası, "Xudafərin-54" firmasına Bakı şəhərindəki "Xudafərin" mehmanxanası, "Bakı-XXI əsr" MMC-yə Bakıdakı Sumqayıt şosesi 3 ünvanında yerləşən "Comfort Inn" mehmanxanası, fiziki şəxs Məlikov Faiq Cabir oğluna Masallı rayonu, Yeyənkənd kəndində yerləşən "Aylı gecə" istirahət mərkəzi, "Sabir-98" MMC-yə Bakıdakı "Aysberq" mehmanxanası, "Araz-NK" MMC-yə Bakıdakı "Araz" mehmanxanası, "Sahil Az Ko" MTK-ya Bakıdakı "Jumeirah Bilgah Beach Hotel" mehmanxanası, Nuriyev Rafiq Haqverdi oğluna Bakıdakı "Çinarlı" mehmanxanası, "Beynəlxalq Ticarət Mərkəzi" MMC-yə "Atrium" mehmanxanası üçün və Zeynalova Nəzifə İsa qızına Tovuz rayonu, Bozalqanlı kəndindəki "Ayan Palace" mehmanxanası üçün lisenziya verilib.

Xəbər lenti

Xəbər lenti