...

"Azəriqaz" Azərbaycanın şimal-qərbində baş vermiş zəlzələdən sonra yoxlamalarını davam etdirir

Cəmiyyət Materials 8 May 2012 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın şimal-qərb ərazisində baş vermiş zəlzələ ilə əlaqədar "Azəriqaz" İB-nin qaz kəmərlərində heç bir qəza və zədələnmə aşkar olunmayıb.

Trend-in "Azəriqaz" İB-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, lakin təkanların mütəmadi davam etməsini nəzərə alaraq təhlükəsizliyi təmin etmək məqsədilə dünən 23:00-dan Zaqatala və Qax rayonlarının qaz təchizatı dayandırılıb.

Bu gün səhər saat 08:00-dan 10:00-dək Qax rayonunun qaz təchizatı bərpa olunub, təhlükəsizlik tədbirlərinə riayət etmək məqsədilə Zaqatala rayon mərkəzində 4-5 mərtəbəli binaların qaz təchizatı tamam dayandırılıb, digər fərdi mənzillərə baxış keçirilir.

Xəbər lenti

Xəbər lenti