...

Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının keçirlmə vaxtı açıqlandı

Cəmiyyət Materials 9 May 2012 10:28 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində buraxılış imtahanları iyunun 2-dən keçiriləcək.
Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının keçirlmə vaxtı açıqlandı

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində buraxılış imtahanları iyunun 2-dən keçiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanları hər bir region üzrə ayrılıqda keçiriləcək.

TQDK sədri bildirib ki, Nazirlər Kabineti buraxılış imtahanlarının keçirilməsi ilə bağlı müvəqqəti qaydalar hazırlayacaq. Həmin qaydalar yaxın vaxtlarda açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti