...

Bakıda "ABŞ təhsilli məzunların Azərbaycanda rolu" mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 12 May 2012 15:32 (UTC +04:00)
"ABŞ təhsilli Azərbaycan Məzunları" İctimai Birliyinin təşkilatçılığı ilə şənbə günü Bakıda "ABŞ təhsilli məzunların Azərbaycanda rolu" mövzusunda tədbir keçirilib.
Bakıda "ABŞ təhsilli məzunların Azərbaycanda rolu" mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M.Əliyev/

"ABŞ təhsilli Azərbaycan Məzunları" İctimai Birliyinin təşkilatçılığı ilə şənbə günü Bakıda "ABŞ təhsilli məzunların Azərbaycanda rolu" mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, Azərbaycanın xaricdə oxuyan tələbələrinin ölkənin təbliğatında rolu boyukdür.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr ölkənin reallıqlarının, Azərbaycanın Dağlıq Qarabağla bağlı haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasını prioritet hesab etməlidirlər.

"Azərbaycan gənclərinin layihələrinin, təşəbbüslərinin reallaşdırılması üçün bütün şərait var. Hazırda xaricdə 10 minə yaxın azərbaycanlı təhsil alır. Bu gün Azərbaycanın xaricdə təhsil üzrə prioritet hesab etdiyi sahələr İKT, iqtisadiyyat, riyaziyyat, tibb sahələridir", - Aslanov deyib.

Tədbirdə İctimai Birliyin İdarə Heyətinin sədri Aynurə Piriyeva təşkilatın tarixi, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

"ABŞ təhsilli Azərbaycan Məzunları" İctimai Birliyi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təhsil proqramlarının məzunlarını birləşdirən qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır.

Xəbər lenti

Xəbər lenti