...

Azərbaycanda 3 kollec akkreditasiyadan keçirilib

Cəmiyyət Materials 18 May 2012 10:49 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası 3 kolleci akkreditasiyadan keçirib.
Azərbaycanda 3 kollec akkreditasiyadan keçirilib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası 3 kolleci akkreditasiyadan keçirib.

Trend cümə günü nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kollecinin müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə cavab verdiyi nəzərə alınıb. Bununla əlaqədar hər üç məktəbin fəaliyyəti "kafi" qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti