...

Ombudsman Gəncədəki istintaq təcridxanasında olub

Cəmiyyət Materials 21 May 2012 13:22 (UTC +04:00)
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib, buradakı saxlanılma şəraiti ilə tanış olub.
Ombudsman Gəncədəki istintaq təcridxanasında olub

Azərbaycan, Bakı, 21 may / Trend müxbir K.Zərbalıyeva/

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib, buradakı saxlanılma şəraiti ilə tanış olub.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müvəkkil başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında saxlanılan şəxslə, təcridxanada saxlanılan doqquz qadınla, eləcə də yetkinlik yaşına çatmayan beş şəxslə görüşüb.

Onların saxlanılma şəraiti, qidalanması, tibbi xidmətin səviyyəsi, müəssisə əməkdaşlarının həmin şəxslərlə rəftarı ilə maraqlanıb.

Saxlanılan şəxslər təcridxanadakı şəraitdən narazı olmadıqlarını deyib, onlara baş çəkdiyi üçün ombudsmana minnətdarlıqlarını bildiriblər.

Bununla yanaşı, görüş zamanı bəzi saxlanılanlar barələrində aparılan istintaqın qeyri-obyektiv olması ilə bağlı müvəkkilə müraciət ediblər.

Şikayətləri qəbul edən Süleymanova qaldırılan məsələlərlə bağlı tədbir görülməsi üçün müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirib, saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verib.

Xəbər lenti

Xəbər lenti