...

Hadı Rəcəbli: Azərbaycanda səhiyyənin inkişafında baş istiqamət sağlamlığın qorunmasıdır

Cəmiyyət Materials 25 May 2012 10:30 (UTC +04:00)
Azərbaycanda səhiyyənin inkişafında baş istiqamət sağlamlığın qorunmasıdır, nəinki xəstəliyin müalicəsi.
Hadı Rəcəbli: Azərbaycanda səhiyyənin inkişafında baş istiqamət sağlamlığın qorunmasıdır

Azərbaycan, Bakı, 25 may / Trend müxbir M.Əliyev/

Azərbaycanda səhiyyənin inkişafında baş istiqamət sağlamlığın qorunmasıdır, nəinki xəstəliyin müalicəsi. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

"Daha çox xəstəliyin səbəbi ilə mübarizə aparmaq lazımdır, nəinki nəticəsi ilə", - Rəcəbli vurğulayıb.

Onun sözlərinə görə, səhiyyənin adambaşına maliyyələşmə elementi dünyada da qəbul olunub. "Burda ünvanlılıq olmadığından bəzi problemlər yarana bilər. Misal üçün, əhali sağlamdırsa, ona niyə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılsın?", - Rəcəbli deyib.

Komitə sədri qeyd edib ki, ölkədə sahə həkimindən ailə həkiminə keçid prosesi artıq başlayıb. "Artıq 60 ailə həkiminə sertifikat verilib. Ailə həkimi institutu olan halda ailənin bütün genetik kodunu, genetik faktorunu, nəsillikcə olan xəstəliklər və ailənin digər tendensiyalarını bilmək olacaq", - deputat deyib.

Rəcəbli əlavə edib ki, son vaxtlar Azərbaycanda səhiyyənin maliyyələşməsi dörd dəfə artıb, maddi-texniki baza möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti