...

Bakıda şimal küləyi əsəcək

Cəmiyyət Materials 30 May 2012 13:09 (UTC +04:00)
Azərbaycanda mayın 31-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Bakıda şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 30 may / Trend müxbir M.Əliyev/

Azərbaycanda mayın 31-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 31-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Paytaxtda havanın temperaturunun gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti