...

Azərbaycanın Ballistik Raketlərin Yayılması əleyhinə Haaqa Davranış Məcəlləsi üzrə sədrliyə namizədliyi qəbul edilib

Cəmiyyət Materials 7 İyun 2012 15:23 (UTC +04:00)
31 may-1 iyun tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Ballistik Raketlərin Yayılması əleyhinə Haaqa Davranış Məcəlləsinə dair 11-ci növbəti iclas keçirilib.
Azərbaycanın Ballistik Raketlərin Yayılması əleyhinə Haaqa Davranış Məcəlləsi üzrə sədrliyə namizədliyi qəbul edilib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

31 may-1 iyun tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Ballistik Raketlərin Yayılması əleyhinə Haaqa Davranış Məcəlləsinə dair 11-ci növbəti iclas keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinin tərkibində "Azərkosmos" ASC-nin əməkdaşı Fuad Quliyev də iştirak edib.

Tədbir BMT Baş Assambleyasının HCoC-un 11-ci növbəti iclası barədə qətnamə layihəsinin müzakirəsi ilə yekunlaşıb və Ballistik Raketlərin Yayılması əleyhinə Haaqa Davranış Məcəlləsi üzrə Azərbaycan Respublikasının 2014-2015-ci illərdə sədrliyinə namizədliyi sözügedən qətnamə layihəsinə daxil edilib.

"Azərkosmos" ASC-nin əməkdaşı Raket Texnologiyalarına Nəzarət Rejiminə (MTCR) qoşulmaq üçün həmin təşkilata rəhbərlik edən Almaniya Federativ Respublikasının nümayəndə heyəti ilə də fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti