...

Azərbaycanda 200 minədək tələbə kartı paylanılacaq

Cəmiyyət Materials 4 İyul 2012 16:03 (UTC +04:00)
Azərbaycanda tələbə kartının təxminən 197 min nəfərə paylanması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
Azərbaycanda 200 minədək tələbə kartı paylanılacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda tələbə kartının təxminən 197 min nəfərə paylanması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, may ayından etibarən ali və orta ixtisas müəssisələrinin tələbələrinə "Azərbaycan tələbə kartı"nın təmənnasız paylanmasına başlanılıb, kartın tətbiq edilməsi və Avropa sisteminə qoşulması üçün ciddi hazırlıq işləri aparılıb.

"Azərbaycan tələbə kartı"nın Avropa gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80 mindən artıq ictimai iaşə obyektlərindən, kafe və restoranlardan, hotellərdən, internet klublardan və sairdən güzəştlərlə istifadə etmək imkanı yaradır.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti