...

Abid Şərifov: Azərbaycanda bu günədək minalardan 1840 nəfər zərər çəkib, 520 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 İyul 2012 10:54 (UTC +04:00)
Azərbaycanda bu günədək minalardan 1840 nəfər zərər çəkib, 520 nəfər həlak olub.
Abid Şərifov: Azərbaycanda bu günədək minalardan 1840 nəfər zərər çəkib, 520 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu günədək minalardan 1840 nəfər zərər çəkib, 520 nəfər həlak olub. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov cümə axşamı ANAMA və NATO/NSPA Azərbaycanda Mina və Partlamamış Hərbi sursatların təmizlənməsi birgə layihəsinin Ceyrançöl təmizləmə layihəsinin açılış mərasimində bildirib.

Şərifov deyib ki, mina və hərbi sursatların ən təhlükəli olduğu yer Gürcüstanla sərhəddə yerləşən Ceyrançöl ərazisidir.

Onun sözlərinə görə, 3,9 mln avro Ceyrançöl layihəsinin 19 min hektar ərazisinin təmizlənməsi üçün nəzərdə tutulur., bu məbləğin yarısı Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir.

Baş nazirin müavini qeyd edib ki, başa çatan "Saloğlu" layihəsinə NATO tərəfindən dəstək Azərbaycan üçün böyük əhəmiyyət daşıyır və bu layihə çərçivəsində çoxlu sayda insana həyat bəxş edilib.

"Hazırda minlərlə şəxs həmin torpaqlardan istifadə edərək iş tapıb", - Şərifov deyib.

Onun sözlərinə görə, 64 milyon kvadratmetr ərazini əhatə edən Ceyrançöl poliqonunda xeyli sayda müxtəlif çaplı tank, artilleriya mərmiləri, aviasiya bombaları və başqa növlərdə üzərində zədələnmiş döyüş başlıqları olan partlamamış hərbi sursatlar aşkarlanıb.

Şərifov deyib ki, ANAMA bu günədək 19 min hektar ərazini təmizləyib, on minlərlə mina və partlamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

ANAMA fəaliyyət göstərdiyi 11 il ərzində cəmi 1 dəfə bədbəxt hadisə ilə üzləşərək bir əməkdaşını itirib.

Şərifovun sözlərinə görə, aparılan maarifləndirici işlər nəticəsində son illərdə mina qurbanlarının sayı əvvəlki illərə nisbətən yox dərəcəsinə çatıb.

Xəbər lenti

Xəbər lenti