...

Azərbaycanın Balakən-Şəki-Oğuz bölgəsindəki çaylarda daşqın və sel gözlənilir

Cəmiyyət Materials 18 İyul 2012 16:06 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanın Balakən-Şəki-Oğuz bölgəsindəki çaylarda qısamüddətli daşqınların baş verəcəyi və sel keçəcəyi proqnozlaşdırılır.
Azərbaycanın Balakən-Şəki-Oğuz bölgəsindəki çaylarda daşqın və sel gözlənilir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Yaxın günlərdə Azərbaycanın Balakən-Şəki-Oğuz bölgəsindəki çaylarda qısamüddətli daşqınların baş verəcəyi və sel keçəcəyi proqnozlaşdırılır. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, iyulun 19-u axşam, 20 və 21-də Azərbaycanın bölgələrində yağış yağacaq. Bununla əlaqədar dağ çaylarında sululuq artacaq. Böyük Qafqazın cənub yamacındakı çaylarda isə qısamüddətli daşqınların olacağı və selin keçəcəyi proqnozlaşdırılır.

Baş hidroloq bildirib ki, bu gün Kürün aşağı axınında - Sabirabad və Şirvan rayonlarından keçən hissəsində suyun səviyyəsi 3-9 sm artıb. Amma ölkənin digər çaylarında hazırda suyun səviyyəsində azalma gedir.

Xəbər lenti

Xəbər lenti