...

Azərbaycanda pensiyaların orta aylıq məbləği beynəlxalq göstəricilərə çatdırılıb

Cəmiyyət Materials 25 İyul 2012 15:08 (UTC +04:00)
2012-ci il iyulun 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 273 640 nəfər təşkil edir.
Azərbaycanda pensiyaların orta aylıq məbləği beynəlxalq göstəricilərə çatdırılıb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

2012-ci il iyulun 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 273 640 nəfər təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan çərşənbə günü Trend-ə verilən məlumata görə, onlardan yaşa görə əmək pensiyası alanların sayı 803 400 nəfər, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 335 680 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 134 560 nəfərdir.

Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. Cari ilin 6 ayının göstəricilərinə əsasən, hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir.

Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatıb.

Bununla da son illər ərzində sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunub.

Xəbər lenti

Xəbər lenti