...

"Azərenerji" ASC-nin xidmət haqlarının online ödənilməsi mümkündür

Cəmiyyət Materials 17 Avqust 2012 14:47 (UTC +04:00)
"Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) xidmətlərinə görə haqqın online rejimdə ödənilməsi mümkündür.
"Azərenerji" ASC-nin xidmət haqlarının online ödənilməsi mümkündür

Azərbaycan, Bakı, 17 avqust / Trend, müxbir H.Vəliyev /

"Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) xidmətlərinə görə haqqın online rejimdə ödənilməsi mümkündür. Bu barədə cümə günü Trend-ə "GoldenPay" şirkəti məlumat verib.

Sistem inteqratoru funksiyalarını yerinə yetirən Azərbaycanın "GoldenPay" sistemin texniki qurulması üzrə işlərin həvalə olunduğu struktur kimi seçilib.

"Azərenerji"nin xidmət haqlarının ödənilməsi hesab.az online ödəmə portalında mümkündür. Visa, Visa Electron, Maestro və MasterCard plastik kartlarının sahibləri burada habelə mobil və stasionar rabitə, internet, televiziya, kommunal xidmətlər və s. üzrə xidmət haqlarını da ödəyə bilərlər.

Resursun üstünlüyü hesabın vahid saytdan ödənilməsi, abonent kodlarının saxlanması və ödəmənin tarixinin izlənməsinin mümkün olmasıdır.

"GoldenPay" şirkəti tərəfindən habelə "Elcell" internet provayderinin xidmətlərinin online ödəmə sistemi də tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti