...

Bu gün Azərbaycanda bayram axşamıdır

Cəmiyyət Materials 18 Avqust 2012 11:47 (UTC +04:00)
Azərbaycanda avqustun 18-i axşam bayram axşamı, 19-u isə Ramazan bayramıdır.
Bu gün Azərbaycanda bayram axşamıdır

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda avqustun 18-i axşam bayram axşamı, 19-u isə Ramazan bayramıdır. Bunu şənbə günü Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

Onun sözlərinə görə, sabah 09:00 radələrində məscidlərdə bayram namazı qılınacaq.

Dadaşova bildirib ki, bayramla əlaqədar bu gün insanların evlərdən fitrə çıxarması tövsiyə edilir.

Xəbər lenti

Xəbər lenti