...

Azərbaycan Səhiyyə Nazirliyi Qaradağ rayonu ərazisində baş vermiş hadisə ilə bağlı yeni məlumat yayıb

Cəmiyyət Materials 31 Avqust 2012 17:59 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda sərnişin avtobusu ilə qatarın toqquşması hadisəsi ilə bağlı yeni məlumat yayıb.
Azərbaycan Səhiyyə Nazirliyi Qaradağ rayonu ərazisində baş vermiş hadisə ilə bağlı yeni məlumat yayıb

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda sərnişin avtobusu ilə qatarın toqquşması hadisəsi ilə bağlı yeni məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ümumilikdə 54 nəfər xəsarət alıb. Yaralılardan hazırda 28 nəfəri Kliniki Tibbi Mərkəzə, 1 nəfər Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər isə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizə edilib, 18 nəfərə ambulator yardım göstərilərək evə buraxılıb.

Hadisə yerindəcə dünyasını dəyişmiş 3 cəsəd təcili tibbi yardım tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Daha 3 nəfər ağır yaralı sonradan (1-i yolda, 2-si xəstəxanada) dünyasını dəyişib. Ümumilikdə, ölənlərin sayı 6 nəfərdir.

Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov Trend-ə deyib ki, xəstəxanaya daxil olan yaralılardan birinin ayağı amputasiya olunub. Vəziyyəti ağır olan xəstələrin səhhətində irəliləyiş yoxdur.

Xəbər lenti

Xəbər lenti