...

Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyənlər üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 3 Sentyabr 2012 09:50 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb.
Azərbaycanda miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyənlər üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar keçirilən imtahanın nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib.

İmtahanda iştirak üçün 392 nəfərin namizədliyi qeydə alınıb.

İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.

Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasında imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti