...

Ermənistanda çörək və un bahalaşıb

Cəmiyyət Materials 20 Sentyabr 2012 18:47 (UTC +04:00)
Ermənistanın İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasının apardığı monitorinqə əsasən, ölkə bazarında çörək və unun qiyməti bahaşalıb.
Ermənistanda çörək və un bahalaşıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Ermənistanın İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasının apardığı monitorinqə əsasən, ölkə bazarında çörək və unun qiyməti bahaşalıb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı jurnalistlərə komissiyanın sədri Artak Şaboyan bildirib.

Onun sözlərinə görə, son iki həftə ərzində çörək orta hesabla 10-20 dram bahalaşıb.

Şaboyan qeyd edib ki, Ermənistanda çörək istehsal edən və satan yüzlərlə şirkət mövcuddur və rəqabət baxımından bu sahədə problem yoxdur.

Şaboyan bunu dünya bazarlarında müşahidə edilən qiymət artımı ilə əlaqələndirib.

"Qiymət müəyyənləşdirmə sərbəstdir, un və taxıl bazarlarında yüksək mərkəzləşdirmə yoxdur", - o qeyd edib.

Ermənistan mətbuatının məlumatına görə, sentyabrda Yerevan mağazalarında 1 kiloqram yüksək sort unun qiyməti 20-30 dram artaraq 280-290 drama çatıb.

Xəbər lenti

Xəbər lenti