...

Azərbaycanda etibarsız sənədlərlə yaşayan 130-a yaxın əcnəbi saxlanılıb

Cəmiyyət Materials 8 Oktyabr 2012 18:06 (UTC +04:00)
Ötən həftə ərzində ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 129 əcnəbi saxlanılıb.
Azərbaycanda etibarsız sənədlərlə yaşayan 130-a yaxın əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Ötən həftə ərzində ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 129 əcnəbi saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Xidmət tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.

1-6 oktyabr 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhərində, həmçinin Abşeron və Siyəzən rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.

Keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 129 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti