...

"Gənclik-Yaradıcılıq-İnkişaf" düşərgəsi öz işinə başlayıb

Cəmiyyət Materials 9 Oktyabr 2012 15:27 (UTC +04:00)
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclik-Yaradıcılıq-İnkişaf" düşərgəsi öz işinə başlayıb.
"Gənclik-Yaradıcılıq-İnkişaf" düşərgəsi öz işinə başlayıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclik-Yaradıcılıq-İnkişaf" düşərgəsi öz işinə başlayıb.

Fonddan Trend-ə verilən məlumata görə, Masallı rayonunda təşkil olunan düşərgədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası və Milli Konservatoriyanın tələbələri iştirak edirlər.

Düşərgənin açılış mərasimində layihənin rəhbəri Vüsal Bəkirov tədbirin məqsədinin yaradıcı gənclər arasında şəbəkənin qurulması, təcrübə mübadiləsi, birgə layihələrin hazırlanması və həyata keçirilməsi olduğunu qeyd edib.

Layihə 6-10 oktyabr tarixlərini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti