...

Məhkəmə rüşvət almaqda ittiham olunan hərbi komissarlığın vəzifəli şəxsinin cəzasını yüngülləşdirib

Cəmiyyət Materials 11 Oktyabr 2012 15:48 (UTC +04:00)
Gəncə Apelyasiya Məhkəməsi Nizami rayon Hərbi Komissarlığının 2-ci bölmə rəisi Səfər Bayramovun cəzasını yüngülləşdirib.
Məhkəmə rüşvət almaqda ittiham olunan hərbi komissarlığın vəzifəli şəxsinin cəzasını yüngülləşdirib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gəncə Apelyasiya Məhkəməsi Nizami rayon Hərbi Komissarlığının 2-ci bölmə rəisi Səfər Bayramovun cəzasını yüngülləşdirib.

Məhkəmədən Trend-ə verilən məlumata görə, Bayramov korrupsiya cinayətində ittiham olunur.

Məhkəmə onun barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib və cəzasını 8 il 3 aydan 5 ilə endirib.

Xatırladaq ki, korrupsiya cinayətlərində ittiham olunan Nizami (Gəncə) rayon Hərbi Komissarlığının 2-ci bölmə rəisi, polkovnik-leytenant Səfər Bayramov, Nizami rayon hərbi komissarı Bəhmən Nəsibli, hərbi həkim komissiyasının sədri Eldəniz Nağıyev, həmin komissiyanın üzvü Elman Heydərovun barəsində başlanmış cinayət işinə Gəncə hərbi məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Səfər Bayramov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlərin hər birinə 8 il 3 ay müddətinə şərti cəza təyin edilib.

İttihama görə, Bayramov və digər təqsirləndirilənlər rüşvət alaraq bir neçə gənci müddətli hərbi xidmətdən qanunsuz azad ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti