...

Təhsil Nazirliyi ali məktəblərin rəhbərlərinə müraciət edib

Cəmiyyət Materials 15 Oktyabr 2012 14:59 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və fəaliyyətinə icazə verilmiş digər əlavə təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib.
Təhsil Nazirliyi ali məktəblərin rəhbərlərinə müraciət edib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və fəaliyyətinə icazə verilmiş digər əlavə təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 06 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, rəhbər və pedaqoji kadrların ixtisasartırma təhsili modul-kredit əsaslı yeni model üzrə həyata keçirilməlidir.

İxtisasartırma təhsilində yeni modelə keçidi təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən "İxtisasartırma təhsilinin Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə" 18 aprel 2012-ci il tarixli 597 nömrəli əmr verilib. Həmin əmrlə ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi və tətbiqinə icazə verilməsi ilə bağlı işlərin yerinə yetirilməsi üçün müvafiq komissiya yaradılıb.

Əlavə təhsil müəssisələri məktəbəqədər, ümumi, ilk peşə ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün hazırladıqları ixtisasartırma təhsili proqramlarını qiymətləndirmədən keçirmək üçün bu ilin dekabr ayının 29-dək Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti