...

Ombudsman Aparatının əməkdaşları hərbi hissəyə və hauptvaxta baxış keçiriblər

Cəmiyyət Materials 18 Oktyabr 2012 19:41 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi ilə birlikdə Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə və Bərdə qarnizonu hərbi polisinin hauptvaxtına baxış keçiriblər.
Ombudsman Aparatının əməkdaşları hərbi hissəyə və hauptvaxta baxış keçiriblər

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Ombudsman Aparatının əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi ilə birlikdə Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə və Bərdə qarnizonu hərbi polisinin hauptvaxtına baxış keçiriblər.

Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi hissədə müddətli hərbi qulluqçu ilə bağlı edilmiş müraciət əsasında araşdırma aparılıb və müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, Aparatın əməkdaşları şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıblar.

Başçəkmə zamanı hərbi hissədə şəxsi heyətlə fərdi və kollektiv söhbətlər aparılıb və ön xətdə hərbi xidmətdə olan hərbi qulluqçular ilə tərbiyə işinin hərbi hissə rəhbərliyi tərəfindən təşkilinin nəticəsi kimi onların yüksək mənəvi, psixoloji vəziyyətinin, Vətənimizin düşmənlərinə nifrət, bütün hallarda Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə daim hazır olmaq hissi qeyd olunub.

Eyni zamanda, hərbi hissə rəhbərliyinə müvafiq, o cümlədən, yeməkxanada qida qəbuluna, bütün gün ərzində təmizliyin və qayda-qanunun saxlanmasına dair tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti