...

"Azərikimya" İB "Mərhəmətli olmağa tələsin!" devizi ilə xeyriyyə aksiyasına start verib (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2012 17:37 (UTC +04:00)
Xalqımızın və bütün müsəlman aləminin müqəddəs Qurban bayramı ərəfəsində "Azərikimya" İstehsalat Birliyinin akt zalında "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə növbəti xeyriyyə aksiyasına start verilib.
"Azərikimya" İB "Mərhəmətli olmağa tələsin!" devizi ilə xeyriyyə aksiyasına start verib (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Xalqımızın və bütün müsəlman aləminin müqəddəs Qurban bayramı ərəfəsində "Azərikimya" İstehsalat Birliyinin akt zalında "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə növbəti xeyriyyə aksiyasına start verilib.

İB-dən Trend-ə verilən məlumata görə, keçən ildən etibarən "Mərhəmətli olmağa tələsin!" devizi altında keçirilən silsilə aksiyaların davamı olan bu tədbir əhatə dairəsi və təşkilati baxımdan əvvəlkilərdən fərqli olaraq daha çox maraq və əhəmiyyət kəsb edib.

Aksiyada Sumqayıtın 50-dən artıq idarə, müəssisə və təşkilatlarının, o cümlədən "Azərikimya" İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrinin, bir sıra təhsil ocaqlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin bu şəhərdən seçilmiş millət vəkilləri iştirak ediblər.

Bir ay müddətində davam edəcək aksiyada əldə olunacaq maddi vəsait, geyim dəstləri, məktəb ləvazimatları, oyuncaqlar və s. "Qızıl Aypara" Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının xətti ilə aztəminatlı ailələrdən olan uşaqlara paylanılacaq.

Xeyriyyə tədbirində "Qızıl Aypara" Cəmiyyəti Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin üzvləri Muxtar Babayev və Musa Qasımlı, Sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi tipli internat məktəbinin direktoru Ayət xanım Kərimova, Respublika "Qızıl Aypara" Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə və digərləri çıxış edərək bu qəbildən olan xeyriyyə aksiyalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və hamını bu aksiyada fəal iştiraka dəvət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti