...

Cənubi Azərbaycanda zəlzələdən zərərçəkənlərin vəziyyəti ağırlaşır (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2012 14:11 (UTC +04:00)
Soyuq havaların başlaması ilə İranın Şərqi Azərbaycan əyalətinin Vərzəgan və Əhər şəhərlərində zəlzələdən zərərçəkən şəxslərin vəziyyəti ağırlaşır.
Cənubi Azərbaycanda zəlzələdən zərərçəkənlərin vəziyyəti ağırlaşır (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Soyuq havaların başlaması ilə İranın Şərqi Azərbaycan əyalətinin Vərzəgan və Əhər şəhərlərində zəlzələdən zərərçəkən şəxslərin vəziyyəti ağırlaşır.

Trend "Mehr" agentliyinə istinadən məlumat verir ki, son günlərdə İran hökuməti bu şəhərlərdə tikinti işlərini sürətləndirsə də, hələdə əhalinin çoxu çadırlarda məskunlaşdırılıb ki, bu da soyuq havalarda onlar üçün problemlər yaradır.

Qeyd edək ki, bu il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti