...

Təhsillə bağlı sənədlər bir kitabda cəmlənib

Cəmiyyət Materials 25 Oktyabr 2012 13:59 (UTC +04:00)
Azərbaycanın təhsil naziri, professor Misir Mərdanovun rəhbərliyi ilə hazırlanmış "Təhsil qanunvericiliyinə dair normativ-hüquqi sənədlər toplusu" ikicildliyi çap edilib.
Təhsillə bağlı sənədlər bir kitabda cəmlənib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri, professor Misir Mərdanovun rəhbərliyi ilə hazırlanmış "Təhsil qanunvericiliyinə dair normativ-hüquqi sənədlər toplusu" ikicildliyi çap edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müstəqilliyimizin iyirmi ili ərzində təhsillə bağlı 400-ə yaxın normativ-hüquqi akt, 16 Dövlət Proqramı və inkişaf yönlü layihə qəbul edilib.

Kitabın birinci cildinə təhsil sisteminə aid ümumi xarakterli, ali və orta ixtisas təhsili sahəsində fəaliyyətin tənzimlənməsini təmin edən, ikinci cilddə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlər dərc edilib.

Topluya Azərbaycan Respublikasının Konstitusiyasından, Əmək Məcəlləsindən və "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunundan çıxarışlar, "Təhsil haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunları, ölkə Prezidentinin 12 fərmanı, 21 sərəncamı, Nazirlər Kabinetinin 100 qərarı, 11 sərəncamı və Təhsil Nazirliyinin 21 əmri daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti