...

Azərbaycanın açıq su mənbələrində aparılmış monitorinqin nəticəsi açıqlanıb

Cəmiyyət Materials 1 Noyabr 2012 12:12 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiya ölkədəki açıq su mənbələrində, çimərliklərdə vəba törədicilərinin və digər təhlükəli infeksiyaların aşkarlanması məqsədilə mayın 1-dən apardığı monitorinqi bu gün yekunlaşdırır.
Azərbaycanın açıq su mənbələrində aparılmış monitorinqin nəticəsi açıqlanıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiya ölkədəki açıq su mənbələrində, çimərliklərdə vəba törədicilərinin və digər təhlükəli infeksiyaların aşkarlanması məqsədilə mayın 1-dən apardığı monitorinqi bu gün yekunlaşdırır.

Stansiyanın direktor müavini Şair Qurbanov cümə axşamı Trend-ə deyib ki, monitorinq insanların çox istifadə etdiyi və onların həyatı üçün çox vacib 112 mənbədə aparılıb. Monitorinqin nəticələri hər həftə müayinə edilib və nəticələr müəyyənləşdirilib.

Qurbanovun sözlərinə görə, indiyə kimi infeksiya mənbəyi aşkarlanmayıb. O, içməli su mənbələrində ən təhlükəli infeksiyanın vəba törədiciləri olduğunu bildirib.

Direktor müavini deyib ki, əgər su kəmərlərində qəza baş verərsə və bu zaman sular kanalizasiya sularına qarışarsa, suyun zərərsizləşdirilməsi düzgün aparılmazsa, müxtəlif səbəblərdən suyun bakterioloji tərkibində çirklənmə olarsa, digər infeksiyalara - dizenteriya, qarın yatalağına və s. yoluxma ola bilər.

"Ancaq bütün bunlar ciddi nəzarətdə saxlanılır. Son illərdə suyun keyfiyyəti yüksəldilib. Ən pis təmizlənən Kür kəmərindən gələn sudur, çünki onda bulanıqlıq çoxdur. Bulanıq su da lazımi qədər durulaşdırılmasa, zərərsizləşdirilməsi üçün qatılan preparatlar ona təsir edə, suyu təmizləyə bilmir", - Qurbanov deyib.

O, son illər ərzində su kəmərləri ilə bağlı ciddi narahatlıqların qeydə alınmadığını əlavə edib.

Qurbanov növbəti belə monitorinqin gələn il aparılacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti