...

Azərbaycanın yeni yollarında nişanlar quraşdırılır (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2012 12:55 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən bu ilin 9 ayı ərzində 1038 ədəd müxtəlif təyinatlı yol nişanları quraşdırılıb.
Azərbaycanın yeni yollarında nişanlar quraşdırılır (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Mehdiyev/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən bu ilin 9 ayı ərzində 1038 ədəd müxtəlif təyinatlı yol nişanları quraşdırılıb. Bu barədə cümə axşamı Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Mürsəliyev bildirib ki, yol nəqliyyat hadisəsi zamanı nişanlar sıradan çıxır, vətəndaşlar tərəfindən sındırılır, köhnəlir. "Azəryolservis" ASC tərəfindən mərhələli şəkildə yol nişanları dəyişdirilir.

Avtomobil yollarında işğal olunmuş ərazilərin adlarının göstərilməsinə gəldikdə isə, o qeyd edib ki, bu istiqamətdə də lazımi tədbirlər həyata keçirilir. Buna misal olaraq, Yevlax-Xocalı-Laçın avtomobil yolunu göstərmək olar.

Mürsəliyev bildirib ki, "Azəryolservis" ASC yeni bir layihəyə - Hacıqabul-Bəhramtəpə-Mincivan Ermənistanla sərhəd avtomobil yolunun yenidən qurulmasına başlayıb. O yol yenidən qurulduqdan sonra həmin yolda da işğal olunmuş ərazilərin adlarının əks olunduğu yol lövhələri qoyulacaq.

Ümumiyyətlə, avtomobil yolları yenidən qurulduqca, yollarda nişanlar mərhələli şəkildə dəyişdirilir.

O həmçinin deyib ki, yol nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyirsə, Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və hadisəni törədən şəxslə birlikdə akt tərtib olunur və orada dəymiş zərər göstərilir.

"Dəymiş zərəri zərər vuran şəxs ödəməlidir. Ümumiyyətlə, ödənişlər çox aşağı səviyyədədir. Təxminən iyun ayından bəri 1600 paqon metrdən artıq əyrixətli tir sıradan çıxıb və onun 136 paqon metrlik hissəsinin xərci hadisəni törədən vətəndaşlar tərəfindən ödənilib. Əksər hallarda bu sıradan çıxmış tirlər "Azəryolservis" tərəfindən quraşdırılır", - Mürsəliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti