...

Məktəblərin tətil günləri açıqlanıb

Cəmiyyət Materials 8 Noyabr 2012 15:01 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarında tətil günləri müəyyənləşib.
Məktəblərin tətil günləri açıqlanıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarında tətil günləri müəyyənləşib.

İdarədən cümə axşamı Trend-ə verilən məlumata görə, tətil günləri bu dəfə 5 və 6 günlük sistemlə işləyən orta ümumtəhsil müəssisələri üçün 12-17 noyabr tarixlərini əhatə edir. Noyabrın 12-i ilk tətil günü, noyabrın 17-i isə sonuncu tətil günü hesab edilir.

Noyabrın 18-i həftənin bazar gününə təsadüf etdiyindən 19 noyabr tarixi tətildən sonrakı ilk dərs günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti