...

DSMF-də Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2012 11:21 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş olub.
DSMF-də Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş olub.

Fonddan Trend-ə verilən məlumata görə, görüşdə qonaqlara son illər Azərbaycanın sığorta-pensiya sistemində görülən işlər barədə ətraflı məlumat verən Fondun sədri Səlim Müslümov bildirib ki, yaxın perspektivdə başlıca vəzifə sosial sığorta ödəyicilərinin tam qeydiyyata alınması və əmək haqlarının leqallaşdırılması yolu ilə Fondun maliyyə axınlarının gücləndirilməsindən ibarətdir.

Müslümov məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində mühüm nəaliyyətlərin əldə olunduğunu qeyd edərək, bu sahədə problemləıin aradan qaldırılması üçün müvafiq dövlət qurumları ilə birgə işin aparıldığını vurğulayıb. Növbəti illərdə nəzərdə tutulan pensiya islahatlarına toxunan Fondun sədri "Əmək pensiyaları haqqında" və "Sosial sığorta haqqında" qanunlara bir sıra əlavə və dəyişikliklərin edilməsi üçün layihələrin hazırlandığını nəzərə çatdırıb.

BVF nümayəndə heyətinin rəhbəri Raca Almarzogi Azərbaycanda beynəlxalq standartlara cavab verən sığorta-pensiya sisteminin qurulması istiqamətində Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi islahatlara təmsil etdiyi qurumun da hər zaman texniki yardım göstərməyə hazır olduğunu bildirib. Qonaq məcburi dövlət sosial sığorta haqlarının toplanması istiqamətindəki uğurları inkişaf etdirmək üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirləri də dəstəklədiklərini bildirib.

Görüşdə BVF tərəfindən göstəriləcək texniki yardımla bağlı fikir mübadiləsi aparılıb, tərəfləri maraqlandıran digər məsələlərdən söhbət açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti