...

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 163 280-ə çatıb

Cəmiyyət Materials 14 Noyabr 2012 15:52 (UTC +04:00)
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artaraq 163 280-ə çatıb. Trend-in məlumatına görə, bunu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva 14 noyabr - Ümumdünya Diabet Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 163 280-ə çatıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artaraq 163 280-ə çatıb. Trend-in məlumatına görə, bunu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva 14 noyabr - Ümumdünya Diabet Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2005-ci ildə şəkərli diabet xəstələrinin sayı 56 min olub. Bu ilin 8 ayı ərzində Bakının 50 ilkin tibb müəssisəsində 48 207 xəstə qeydiyyatdan keçib. Şəkərli diabet xəstələrinin müalicəsi üçün respublikanın 13 tibb müəssisəsində 400 çarpayı ayrılıb. Onların da 280-ni Bakıda yerləşir.

Əliyev deyib ki, şəkərli diabet xəstələrinə 14 adda dərman vasitəsi pulsuz verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti