...

TQDK əməkdaşları Berlində keçirilən beynəlxalq konfransda iştirak ediblər

Cəmiyyət Materials 15 Noyabr 2012 12:44 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları Berlində keçirilən beynəlxalq konfransda iştirak ediblər.
TQDK əməkdaşları Berlində keçirilən beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları Berlində keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, noyabrın 8-10-da Almaniyanın paytaxtı Berlin şəhərində Təhsildə Qiymətləndirmə Avropa Assosiasiyasının (TQA-Avropa) "Həyat boyu qiymətləndirmə" mövzusunda 13-cü Beynəlxalq elmi-praktik konfransı keçirilib. Konfransın əsas məqsədi müxtəlif ölkələrin təhsildə qiymətləndirmə üzrə alimlərini və mütəxəssislərini bir araya toplayaraq bu sahədə qarşıya çıxan məsələləri dərindən araşdıraraq Avropa məkanında ümumi standartların yaradılması idi.

Konfransda Avropanın müxtəlif ölkələrindən, həmçinin Avstraliya, Çin, Kombociya, Yeni Zellandiya, İsrail kimi ölkələrdən olan təhsil sahəsində xüsusi nüfuza malik mütəxəssislər iştirak ediblər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını təşkilatın sektor müdirləri Nigar Hüseynova-Didavari və Samirə Həsənzadə təmsil ediblər.

Konfransda müxtəlif təqdimatlar ve fikirlər dinlənilmiş, ümumi nəticələr əldə olunmuş, gələcəkdə həmin istiqamətdə araşdırmaların aparılması qərara alınıb.

TQA-nın Avropadakı növbəti konfransının Parisdə keçiriləcəyi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti