...

Azərbaycanda müəllimlərin attestasiyadan keçirilməsi təklif edilib

Cəmiyyət Materials 17 Noyabr 2012 13:28 (UTC +04:00)
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bəzi müəllimlərin attestasiyadan keçirilməsini təklif edib.
Azərbaycanda müəllimlərin attestasiyadan keçirilməsi təklif edilib

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bəzi müəllimlərin attestasiyadan keçirilməsini təklif edib.

Trend-in məlumatına görə, Hacıyev 2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələrinə hərs olunan kollegiya iclasdında cıxışı zamanı deyib ki, 1990-cı illlərin əvvəllərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən pedaqoji ixtisası olmayan insanlar orta məktəblərdə müəllim kimi işləməyə başlayıblar. Onların az bir hissəsi bu gün fəaliyyətini davam etdirir.

Komitə sədri hesab edir ki, attestasiya əsl müəllimlərin üzə çıxarılmasına da imkan verər.

Hacıyev onu da təklif edib ki, pedaqoji ixtisaslar üzrə kadrlar hazırlayan ali təhsil müəssisələrində xüsusi kurrikulum fənləri tədris edilsin. Bu halda kurrikulumlarla bağlı təlimlərin təşkili ilə əlaqədar əlavə maliyyə vəsaitlərinin xərclənməsinə də qənaət edilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti